158 170 nəfərin evdən çıxma icazəsi

Xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün "icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçən dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının sayı açıqlanıb.

Apa.az Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müraciətlərin qəbulu başlayandan indiyədək 158 170 nəfərin icazəsi təsdiqlənib.

Məlumata görə, sistemin fəaliyyətə başladığı ilk gündə icazəsi təsdiqlənən həmin şəxslər 11 986 qurumu təmsil edib.

Qeyd edək ki, əməkdaşlar üçün icazənin alınmasına görə dövlət və özəl təşkilatlar tərəfindən icaze.e-gov.az portalı üzərindən müraciətlərin qəbuluna aprelin 3-də 10:00-dan başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR