Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Yanvar - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 17 Yanvar - VİDEO
20:07 17 Yanvar 2015
91 Digər
Ölkə mətbuatı
A- A+



Günün şərhi

Bakı-APA. OPEK gec-tez hasil olunan neftin həcmini aşağı salacaq. Kartel bunu etməyə məcbur edən amillərdən biri neft bazarında OPEK-ə rəqib oyunçunun aktiv rol almasıdır. Bu oyunçu bazara külli miqdarda şist nefti ilə daxil olan Birləşmiş Ştatlardır. Külli miqdarda şist yanacağı ehtiyatına sahib Vaşinqton indiyədək bu üstünlüyündən bazarda neftin qiymətlərinə təsir etmək üçün yararlanmayıb. Lakin indi Amerika əlindəki bu ehtiyat kartını açıb və neft hasilatçılarını özəlliklə OPEK ölkələrini fakt qarşısında qoyub. “Bazarda neftin qiymətinin artıq siz tək müəyyənləşdirə bilməyəcəksiniz”. Şist yanacağı ilə oyuna daxil olan Birləşmiş Ştatların verdiyi mesajın təxmini mənası belədir. Qaydalarla oyun oynamağı sevməyən bir rəqib OPEK-in bazarlara təsir imkanını azalda bilər. Bazarda kimin hökmran mövqedə olduğunu isbatlamaq vaxtı çatıb və bu məqsədilə kartel yaxın zamanlarda neftin gündəlik hasilatını az da olsa azaltmaq barədə qərar qəbul etsə, təəccüblənməyin.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR