Bakıda 17 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda 17 dərəcə isti olacaq - HAVA PROQNOZU
13:05 4 Aprel 2020
205 Ölkə
Ölkə mətbuatı
A- A+

5 apreldə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata əsasən, aprelin 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/839043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR