Xaçmazda avtomobili aşıran sürücü hadisə yerində öldü

Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR