Koronavirusun ağciyərdən sonra bu orqanı da xəstə etdiyi məlum oldu -

Ağciyərlərə zərər verdiyi bilinən "Covid-19" virusunun daha bir orqana zərər verdiyi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, ABŞ neyroloqları bəzi koronavirus xəstələtinin beyninin də zərər gördüyünü təsbit ediblər. Bu şəxslərdə koronavirusa tutulduqdan sonra nitq pozğunluğu və reaksiya azalmasının görüldüyü bildirilib.

ABŞ-da koronavirusa yoluxan 74 yaşlı bir xəstənin nitqinin pozulduğu və xəstənin beyninin bəzi bölümlərində anormal şişkinlik və hüceyrə ölümü aşkarlanıb. Məsə ilə bağlı "Nyu-York Taymz"a danışan neyroloq Elissa Fory 50 yaşlı dhaa bir koronavirus xəstəsində də eyni əlamətlər təsbit edildiyini deyib.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR