Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR