Dünya bu uşaqdan danışır: "Mən Covid 19-u döyürəm"​ - FOTO / VİDEO

6 yaşlı genetik xəstəlik daşıyıcısı uşaq indi koronavirusla mübarizə aparır.

Metbuat.az xəbər verir ki, ABŞ-ın Tennisi ştatında yaşayan Cozef Bostan qızdırma və öskürək simptomları ilə xəstəxanaya aparıldıqdan sonra martın 19 da ona COVİD 19 diaqnozu qoyulub. Martın 21 də Cozefin qızdırması qalxıb dəhşətli öskürəkləri başlayıb. Bir neçə gün sonra dəhşətli boğaz ağrıları ilə mübarizə aparan azyaşlı virusa güclü imunitet göstərib. İndi onun vəziyyəti stabildir.

Cozefin anası Sabrina Bostan sosial şəbəkədəki hesabından övladı üçün dualar etmələrini istəyib.

'' Mənim oğlum genetik xəstəlik daşıyıcısıdır. O, artıq bu xəstəlik səbəbindən imunitet qazanıb. Yalnız iki həftə çətin karantin şəraitinə tab gətirməli olacayıq.

Oğluma dualar edin.Onun hal-hazırda sizin dualarınıza ehtiyacı var.''

6 yaşlı Cozef isə iki xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq olduqca pozitivdir. O, ona hədiyyələr, rəngli kartlarda sağalması üçün dualar yazıb göndərən dostlarına təşəkkür mesajı göndərib.


Facebook sosial şəbəkəsində paylaşdığı videoda Cozef özünü koronavirsla mübarizə aparan qəhrəman adlandırıb.

'' Mən hər kəsə mənim üçün etdiyi dualara, göndərdiyi hədiyyələrə görə təşəkkür edirəm. Mən kistik fibroz döyüşçüsüyəm və Covid 19-u döyürəm."

Qeyd edək ki, ABŞ da bugünə kimi 277 min yoluxma qeydə alınıb.

Bu virusdan 7 min insan isə həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR