Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ

Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri BU OLACAQ
15:47 4 Aprel 2020
215 Maraqlı
Ölkə mətbuatı
A- A+

Gələcəkdə ölümə səbəb olan 5 xəstəlikdən biri müəyyənləşib.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, doktor Bülent Tokgöz lazımi tədbirlər görülməsə, 2040-cı ildə ölümə səbəb olan 5 xəstəlikdən birinin xroniki böyrək çatışmazlığı olacağını söyləyib:

"Həkim göstərişi olmadan dərman istifadə etməyin, həddən artıq duz yeməyin. Orqanizminizi susuz qoymayın, siqaret çəkməyin. Həyacanlandığınız vaxt özünüzü ələ almağı bacarın. Dünyada xroniki böyrək xəstəliklərinin yükü get-gedə artır. Əgər qabaqlayıcı tədbirlər görülməsə, 2040-cı ildə ölümə aparan 5 xəstəlikdən biri də bu olacaq".

Bundan əlavə, həkim Tokgöz xroniki böyrək xəstəliklərinin müalicəsinin olduqca baha olduğunu da dilə gətirib. Hazırda dünyada bu xəstəlikdən 700 milyon insan əziyyət çəkir. Hər il 2.5 milyon insan bu səbəbdən dünyasını dəyişir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838770.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR