Sabahdan bu yolla sərnişindaşıma QADAĞAN OLUNACAQ - RƏSMİ

Sabahdan bu yolla sərnişindaşıma QADAĞAN OLUNACAQ - RƏSMİ
16:23 4 Aprel 2020
171 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq".

Publika.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilər: "Lakin hərəkətinə icazə verilən şəxs yanında icazəsi olmayan şəxsi apara bilməz. Yəni onun ailə üzvü olsun, dostu olsun, bu, mümkün deyil. Mütləq həmin şəxslərin də icazəsi olmalıdır. İcazəsi olmayan şəxs evdən çıxdığı üçün cərimələnəcək".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/309752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR