Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Son dəfə küçəyə çıxdım” - FOTO

Türkiyədə yaşayan azərbaycanlı aktrisa: “Son dəfə küçəyə çıxdım” -  FOTO
16:37 4 Aprel 2020
346 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, istedadlı aktrisa "Instagram" hesabında öz fotosunu paylaşaraq, koronavirus pandemiyasına görə Türkiyədə 20 yaşına çatmayan şəxslərin küçəyə çıxmasının qadağan edilməsi haqqında zarafat edib.

"20 yaşdan aşağı insanlara qadağa gəldi. Son dəfə küçəyə çıxdım", - Cavadzadə yazıb.

Cazibədar aktrisanın paylaşımını qısa müddətdə minlərlə insan bəyənib və şərh yazıb. Aktrisanın zərifliyinə diqqət çəkən bəzi izləyiciləri "50 kiloqramdan aşağı olanlara küçəyə çıxmaq qadağan edilərsə, məyus olarsan" şərhini yazıblar.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/839089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR