Koronavirusla bağlı Rusiyadan xoş xəbər:

Bütün dünyaya yayılan koronavirusun peyvəndini tapmaq üçün müxtəlif ölkələrin alimləri araşdırmalara davam edərkən daha bir sevindirici xəbər Rusiyadan gəlib.

Metbuat.az xəbər verir ki, Rusiya Dövlət Virologiya və Biotexnologiya Mərkəzinin rəhbəri Rinat Maksyutov koronavirus peyvəndinin heyvanlar üzərində sınağının davam etdiyini və iyundan etibarən insanlar üzərindən sınaqdan keçirəcəklərini açıqlayıb:

"Peyvənd siçanlar üzərində sınaqdan keçirilir. İyun ayının sonlarından başlayaraq insanlar üzərində təcrübədən keçirəcəyik".

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxma sayı 5 minə yaxınlaşıb. Ölənlərin sayı isə 43-dür.

Mənbə: RİA Novosti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR