İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür

İndi mövsümü olan əməköməci koronavirusa qarşı- Virus və bakteriyaları öldürür
20:37 4 Aprel 2020
365 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hazırda yazın ən faydalı bitkisi olan əməköməcinin mövsümüdür. Bu faydalı bitki çox yerdə, hətta yol kənarlarında bitir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, nə qədər ki, əməköməci var, onunla immunitet və ciyərlərinizi möhkəmlədib, təmnizlədib. elə koronavirusla mübarizədə istifadə edə bilərsiz.

Əməköməcinin tərkibində çox miqdarda selik olduğundan ağciyər xəstəliklərində bəlğəmgətirici kimi istifadə olunub. Eyni zamanda qastrit, mədə-bağırsaq yaraları zamanı yaranın üzərini bürüyür və sağalmasını sürətləndirir. Bu məqsədlə əməköməcinin dəmləməsi içilir.
Əməköməci bitkisinin tərkibində olan malvin adlı maddə çox güclü mikrob və bakteriya öldürücü xüsusiyyətə malikdir. Məsələn, ağızda əmələ gələn yaralar gec sağalırsa, tez-tez angina baş verirsə, bir dəstə əməköməcini çeynəyib suyunu udmaq, oduncağını isə ağızdan çıxarmaq yaxşı təsir edir.

Əməköməcinin otunda olan bioloji aktiv maddələr dəriyə müsbət təsir edir, sağalmayan yaralarda, çibanlarda bitki əzilir, yaranın üzərinə təpitmə kimi qoyulur, az bir vaxtda yaranı sağaldır. H

Bu bitkinin çox gözəl dovğası və qutabı da olur. Amma sadəcə yığıb, yuyub yeyə də bilərsiz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839117.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR