Nyu-York ştatında 630 nəfər koronavirusdan ölüb

Yeni koronavirusa yoluxma üçün test nəticələri müsbət olan ABŞ-ın Nyu York ştatl sakinlərinin sayı 113,7 mindən çox olub, və sutka ərzində ölənlərin sayı 630 nəfər artıb.

Metbuat.az xəbər verir ki, bu barədə mətbuat konfransında ştatın qubernatoru Endryu Kuomo bildirib.

Onun sözlərin görə, ölənlərin sayı 2 935 nəfərdən 3 565 nəfərədək yüksəlib:

"Koronavirus yoluxmanın yeni hallarının sayı 10 841, ümumi sayı isə 113 704-ə çatıb". E.Kuomo deyib ki, Nyu York bu göstəricilərə əsasən ABŞ-da birinci yeri tutmağa davam edir.

Qubernatorun sözlərinə görə, onun ştatında xəstəxanalara ümumilikdə 15 905 yoluxmuş insan yerləşdirilib, onlardan 4 126 nəfər süni ventilyasiya aparatlarına qoşulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR