Narkotacirlər arasında atışma:

Meksikanın Çihuahua ştatında iki narkotacir dəstəsi arasında silahlı qarşıdurma olub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində 19 nəfər ölüb.

Hadisə yerinə baxış keçirən polis əməkdaşları 18 iriçaplı pulemyot, 2 tərk edilmiş avtomobil və 2 ədəd əl qumbarası aşkar ediblər.

Cinayətin motivləri məlum deyil, faktla əlaqədar araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR