Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar - FOTO

Tovuzda kişini bıçaqlayıb su kanalına atdılar - FOTO
12:52 5 Aprel 2020
177 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda kişi meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əhməd Cavad küçəsində baş verib. Həmin küçədən keçən su kanalında orta yaşlı kişi meyiti tapılıb.

Məlumata görə, meyitin üzərində bıçaq xəsarətləri aşkar edilib.

Araşdırmalar nəticəsində meyitin şəxsiyyəti məlum olub.

O, 1991-ci il təvəllüdlü Elnur Mehdiyev Valeh oğludur. 

Məlumata görə, həmin şəxs qətlə yetirildikdən sonra su kanalına atılıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/839188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR