Maradona maaşının azaldılmasını tələb etdi

Maradona maaşının azaldılmasını tələb etdi
13:22 5 Aprel 2020
177 İdman
Ölkə mətbuatı
A- A+

Argentinanın "Ximnasiya" klubunun baş məşqçisi Dieqo Armando Maradona koronavirus pandemiyasına görə yaranan böhranla əlaqədar maaşının azaldılmasını istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, pandemiyanın yaratdığı ciddi çətinliklərlə əlaqədar klubundan məvacinin azaldılmasını tələb edib.

Bu barədə klub prezidenti Qabriel Pelleqrino məlumat verib. O, Maradona ilə mövcud vəziyyəti müzakirə etdiklərini, baş məşqçinin ondan maaşının azaldılmasını istədiyini söyləyib.

Pelleqrino, Argentina futbolunun canlı əfsanəsi ilə müqavilənin müddətinin avqust ayında başa çatacağını, lakin buna görə narahat olmadıqlarını da bəyan edib. Onun sözlərinə görə, Maradonanın klubda qalacağına, yəni müqavilə müddətini uzadacaqlarına şübhə etmirlər.

Koronavirus pandemiyası ilə əlaqədar Argentinada da martın 17-dən etibarən bütün futbol yarışları təxirə salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR