Qaret Beyl və Xames Rodriqez Premyer Liqa klubunun hədəfində

Qaret Beyl və Xames Rodriqez Premyer Liqa klubunun hədəfində
16:47 5 Aprel 2020
220 İdman
Ölkə mətbuatı
A- A+

Everton Qaret Beyl və Xames Rodriqezi heyətinə qatmaq niyyətindədir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Liverpul təmsilçinin baş məşqçisi Karlo Ançelotti hər iki futbolçunun da alınmasını istəyir.

Hazırda hər iki oyunçunun Madrid klubu ilə müqavilələri davam edir. Ancaq "Real Madrid" Beyl və Xamesi göndərməyə hazırdır. Baş məşqçi Zidan futbolçuların satılmasına razılıq verib.

"Everton" iki oyunçuya da uzun müddətli sözləşmə təklif edəcək. Bununla yanaşı, Ançelottinin "Real"da onlarla çalışması transferin gərçəkləşmə ehtimalını artırır.

Qeyd edək ki, Beyl cari mövsümdə 14 oyunda 2 qol vurubsa, Xames keçirdiyi 7 görüşdə 1 dəfə fərqlənə bilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR