İranlı dissidenti İstanbulda kim öldürüb? - ABŞ rəsmi Tehranı ittiham edir

İranlı dissidenti İstanbulda kim öldürüb? - ABŞ rəsmi Tehranı ittiham edir
17:52 5 Aprel 2020
193 Dünya
Ölkə mətbuatı
A- A+

Keçən ilin noyabrında İstanbulda öldürülən iranlı dissident Məsud Molavi Vardanjani ilə bağlı məsələ yenidən gündəmə gəlib. ABŞ bəyan edib ki, bu qətlin arxasında İranın Türkiyədəki səfirliyində çalışan diplomatlar dayanır. İran tərəfi isə Amerikanın bu iddiasını bir daha rədd edib. "Al Jazeera"nin yaydığı xəbərdə belə deyilir.

Məsud Molavi Vardanjaninin ölümü ilə bağlı martın 27-də Türkiyənin iki yüksək vəzifəli rəsmisi "Reuters" xəbər agentliyinə bildirmişdi ki, bu qətli İranın Türkiyədəki konsulluğunda çalışan iki kəşfiyyatçı həyata keçirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, çərşənbə günü ABŞ-ın yüksək səviyyəli bir rəsmisi "Reuters"ə deyib ki, qətlin arxasında İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi dayanıb. Onlar Türkiyədə də İran dissidentlərini aradan götürmək üçün istifadə etdikləri metodlardan yararlanıblar.

ABŞ-ın dövlət katibi Mayk Pompeo əlavə edib ki, İranın qətldə əli olması barədə xəbərlər narahatlıq doğurur, lakin bu, onların davranışına "tam uyğundur".

Şənbə günü İran bu iddiaları rədd edib.

"Bu faktdır ki, ABŞ '"diplomatları" uzun müddətdir ki, dövlət çevrilişi, terrorçuların silahlandırmaq, məzhəb zorakılığına təkan vermək kimi işlərlə məşğuldurlar", - İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi "Tweeter" hesabında belə yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR