Azərbaycanlı komandirin təhqir edilməsinin qarşısı alındı (VİDEO, FOTO)

Azərbaycanlı komandirin təhqir edilməsinin qarşısı alındı (VİDEO, FOTO)
20:21 17 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan icmasının etirazından sonra Yaltada Cəlil Nəcəbov adına bağda tikinti işləri dayandırılıb.

Bu barədə AzərTAc-a Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.

Beləliklə, Yalta administrasiyası başçısının birinci müavini Sergey Brayko tikintinin sifarişçisi ilə əlaqə saxlayıb və məqbul qərar qəbul edilənədək işlərin dayandırılması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü alayın komandiri, şəhərin fəxri vətəndaşı, həmvətənimiz Cəlil Nəcəbovun adını daşıyan bu bağ Yeni il ərəfəsində hasara alındıqdan sonra orada ağır texnika işə başlamışdı, çoxillik ağaclar kəsilmiş, bağın böyük bir hissəsi qazılmışdı.

Onu da bildirək ki, 2013-cü ildə Yalta şəhərindəki mərkəzi parkların birində 1944-cü ildə Yaltanı faşistlərdən xilas edən 323-cü atıcı alayının komandiri Cəlil Nəcəfovun xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilmişdi. Həmin vaxt Krım Ukraynanın tərkibində olub.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320340

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR