Koronavirus xəstələrinə smartfonlar veriləcək

Koronavirus xəstələrinə smartfonlar veriləcək
20:47 5 Aprel 2020
210 Maraqlı
Ölkə mətbuatı
A- A+

Moskvada "COVID 19" virusuna yoluxan xəstələrə smartfon veriləcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, veriləcək smartfon vasitəsilə infeksiya daşıyıcılarının səhhəti izləniləcək.

"Google Play" tətbiqində "Sosial monitorinq" (Социальный мониторинг) adlı yeni proqram yaradılıb. Moskva rəsmiləri bu proqramla bağlı açıqlama verərək, proqramın hansı məqsədlə hazırlandığını bildiriblər.

Sözügedən proqram vasitəsilə evdə müayinə olunan şəxslərin səhhəti izləniləcək. Əgər xəstənin şəxsi telefonu olmasa və ya o, proqramı şəxsi telefonuna yükləməkdən imtina etsə, ona karantin dövründə yeni smartfon veriləcək. Xəstə sağaldıqdan sonra isə telefonu geri qaytarmalı olacaq.

Sözügedən proqram bu gündən etibarən istifadəyə verilib.

Rəsmilər şəhər sakinlərini əmin edirlər ki, onlarla bağlı fərdi məlumatlar heç bir orqana ötürülməyəcək. Tətbiq sadəcə xəstəliyi izləmək üçün istifadə olunacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR