Lisey şagirdi Siri-də boşluq tapdı: 3 min dollar mükafat

Lisey şagirdi Siri-də boşluq tapdı: 3 min dollar mükafat
21:17 5 Aprel 2020
156 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Trabzon şəhərində yaşayan lisey şagirdi Gürkan Cebeci, Apple-ın "Siri" tətbiqində çatışmazlıq olduğunun şahidi olub.

Milli.Az ted.az-a istinadən bildirir ki, Appe-ın mənfi reaksiyalarına baxmayaraq, gənc Siri-dəki boşluğu sübut etdikdən sonra 3 min dollar ilə mükafatlandırılıb.

Ekranın kiliddə olmasına rəğmən "Siri, gələn mesaj varmı?" səsli əmri ilə mesajların oxunduğunu görən G.Cebeci bu boşluğu şirkət mərkəzinə bildirib.

Təxminən 2 həftə sonra firmadan cavab alan lisey şagirdi, boşluğun qəbul edildiyini və tətbiqin yenilənəcəyini öyrənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR