Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb - FOTO

Türkiyədə koronavirusdan ölənlərin sayı 574 nəfərə çatıb - FOTO
21:22 5 Aprel 2020
136 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə yenı növ koronovirusdan (COVID-19) bu gün daha 73 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 20065 şübhəli koronavirus testindən keçib, onlardan  3135 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə koronavirusdan indiyədək 574 nəfər ölüb, 27069 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1381 nəfərinin vəziyyəti ağırdır,  1042 nəfər isə müalicə olunub.

Nazir həmçinin qeyd edib ki, Türkiyədə indiyə qədər 181445 nəfər testdən keçib və müalicə olunan xəstələrin səhhətində yaxşılaşma müşahidə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR