Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb

Kanadada koronavirusa yoluxanların sayı 15,5 mini ötüb
09:05 6 Aprel 2020
94 Dünya
Ölkə mətbuatı
A- A+

Son sutkada Kanadada koronavirusa yoluxanların sayı 1,6 mindən çox artaraq 15 512-ə yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin səhiyyə nazərliyi xəbər yayıb.

Ən çox yoluxma halları Kvebek (7.444), Ontario (4.388) və Alberta (1250) əyalətlərindədir.

Kanadada koronavirus infeksiyasına ilk yoluxma hadisəsi yanvarın 15-də qeydə alınıb, indiyədək 280 nəfər ölüb, 3 min nəfər isə sağalıb. Yoluxma hadisələri Kanadanın 13 bölgəsindən 12-də qeydə alınıb.

Ölkənin əyalətlərinin yarıdan çoxu fövqəladə vəziyyət tətbiq edib. Martın 21-də Kanadanın Baş naziri Castin Trüdo, bütün ölkə ərazisində fövqəladə vəziyyət elan ediləcəyini istisna etmədiyini, martın 29-da isə vəziyyətin pisləşəcəyi təqdirdə hərbi qüvvələrin pandemiya ilə mübarizəyə səfərbər oluna biləcəyini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR