Koronavirusu 48 saata yox edən DƏRMAN TAPILDI - Mütəxəsislər AÇIQLADI/FOTO

Koronavirusu 48 saata yox edən DƏRMAN TAPILDI - Mütəxəsislər AÇIQLADI/FOTO
12:28 6 Aprel 2020
Ölkə mətbuatı
A- A+

“Ivermectin” parazitöldürücü tablet laboratosiya şəraitində Kovid-19 virusunu 48 saat ərzində məhv edib.

Publika.az xəbər verir ki, bu istiqamətdə Avstraliyanın Melburn şəhərindəki Monaş Universitetinin araşdırmaçıları sınaqlar aparıb.

Nəticədə dərmanın virusun hüceyrə daxilində böyüməsinin qarşısını aldığı müşahidə edilib.

Universitetinin Biokimya Kəşfləri İnstitutunun rəhbəri Kayli Uaqstaff sınaqlarda 1 doza “Ivermectin”in 24 saat ərzində Kovid-19-a aid RNA viruslarını böyük miqyasda azaltdığını və 48 saatda tamamilə yox etdiyini açıqlayıb. Buna rəğmən dünyada koronavirusa qarşı 100% mübarizə aparan bir dərmanın olmadığını bildirən doktor peyvənd istehsalının vacib olduğunu qeyd edib: “Bu dərman, onsuz da, dünyanın bir çox ölkəsində var. Buna görə də xəstələrin müalicəsində yardımçı olacaq. Lakin dəqiq müalicə üçün peyvənd şərtdir”.

“İvermectin” nədir, hansı xəstəliklərdə istifadə olunur?

Adətən, itləri parazitlərdən qorumaqla yanaşı, parazit istilasının müalicəsində istifadə olunur. Bu xəstəliklər sırasında baş biti, bulaq korluğu, strongiloidid, triçuriasis, askariasis və limfatik filariasis kimi problemlər var. Bununla yanaşı HİV qaynaqlı qrip, danq qızdırması kimi xəstəliklərin müalicəsində xəstəyə verilir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/309880.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR