Rüştü Reçber xəstəxanadan buraxıldı

Rüştü Reçber xəstəxanadan buraxıldı
14:53 6 Aprel 2020
129 İdman
Ölkə mətbuatı
A- A+

Koronavirusa yoluxmuş Türkiyə millisinin sabiq futbolçusu Rüştü Rəçbər xəstəxanadan buraxılıb.

"NTV Spor"un verdiyi məlumata görə, veteran qapıçı müalicəsinə evində davam edəcək.

Rəçbərdə koronavirusun simptomları martın 28-də aşkarlanıb. O, xəstəxanada 10 günədək müalicə alıb.

Qeyd edək ki, oyunçu karyerası ərzində "Fənərbağça" və "Beşiktaş", eləcə də İspaniya "Barselona"sının formasını geyinmiş Rüştü Rəçbər hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/309900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR