Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitdə olan 250 azərbaycanlı ailənin qida ehtiyacını 2 ay müddətinə öz üzərinə götürüb.
Metbuat.az xəbər verir ki, sənətçi hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib:
'Hal-hazırda Moskvada olan 250 dən çox ailəni, 2 aylıq himayəmizə götürdük. Ərzaqlarla təmin etdik, düşdükləri çətin vəziyətlərində çıxış yolu tapmağa çalışdıq. Buda son deyil, biz bunu davam edirik. Bu çətin ərəfədə, həmyerlilərimizlə bərabər olacam. "
Qeyd edək ki müğənninin bu təşəbbüsünə Moskovada yaşayan dostları da qoşulub.