İngiltərədə poçtalyonun biabırçı hərəkəti qınanıldı:

İngiltərədə koronavirusun tüğyan etdiyi ölkələrdən biridir. Belə bir zamanda Londonun Şərqində bir poçtalyonun görüntüləri olay yaradıb.

Metbuat.az xəbər verir ki, ''Royal Mail'' poçt xidmətinin poçtalyonu məktub gətirdiyi mənzilin qapısını murdarlayıb.

O əvvəlcə əlini burnuna salıb sonra, həmin əli qapının tutacağına, qapıya dəfələrlə sürtüb.

Həmin anlar qapıdakı təhlükəsizlik kamerası vasitəsi ilə lentə alınıb. Sosial mediada ildırım sürəti ilə yayılan görüntüləri izləyənlər qəzəblərini gizlədə bilməyiblər. Bu görüntülərin şahidləri ''facebook'' sosial şəbəkəsində ''İnsanlar niyə belə etdiyini bilmirəm sadəcə dünyanın yanmağının şahidi olmaq istəyirlər' deyə fikirlərini paylaşıblar.

''Royal Mail'' şirkətinə şikayət əsasında poçtalyon işdən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR