Futbolda künc və cərimə zərbələrinin ləğv olunması təklif edilib

Argentinanın televiziya kanalındakı veriliş zamanı qəribə təklif səsləndirilib.

Metbuat.az Apasport.az-a istinadən xəbər verir ki, ekspertlərdən biri futbol qaydalarında yenilik edilməsini məsləhət görüb.

Ən diqqətçəkən məqam künc və cərimə zərbələrinin ləğv edilməsi ilə bağlı təklifdir. Həmin şəxs koronavirus pandemiyası ilə əlaqədar olaraq dünyada futbol bərpa edildikdən sonra bir müddət ehtiyatlı olmağın vacibliyini vurğulayıb. Bu mənada oyun zamanı ən çox korner və cərimə zərbələri yerinə yetirilərkən futbolçuların bir araya toplandığı və təhlükənin qarşısının alınması üçün bunun bir müddətlik ləğvi barədə söhbət düşüb.

Qeyd edək ki, koronavirus xəstəliyinin yayılması səbəbindən, demək olar ki, bütün böyük futbol turnirləri təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR