Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar

Quldurluqda şübhəli bilinən Bakı sakinləri saxlanılıblar
20:47 6 Aprel 2020
160 Ölkə
Ölkə mətbuatı
A- A+

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Bayramov və Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə müraciət edən Qaraçuxur qəsəbə sakini H.Baxşəliyev aprelin 5-də saat 2 radələrində qəsəbə ərazisində "VAZ-21015" markalı avtomobilinə sərnişin qismində oturmuş 2 nəfərin onu yumruqla vuraraq mobil telefonunu və avtomobildə olan maqnitofonunu alıb getdiyini bildirib.

Suraxanı RPİ 31-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən görülmüş tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri K.Bayramov və əvvəllər məhkum olunmuş Ə.Məmiyev müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/839637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR