Karantinlə bağlı zarafatlar həqiqətə çevrildi - BMT açıqlama yaydı

Karantinlə bağlı zarafatlar həqiqətə çevrildi - BMT açıqlama yaydı
21:57 6 Aprel 2020
501 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə, ABŞ və Fransada karantin müddətində qadına qarşı şiddət halları artıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

Baş katibin açıqlamasında COVID-19 pandemiyasının səbəb olduğu iqtisadi və sosial problemlərin, həmçinin məhdudiyyətlərin dünyada məişət zorakılığının artmasına gətirib çıxardığı bildirilib:

"Son bir neçə həftə ərzində bəzi ölkələrdə karantin səbəbindən zorakılığa məruz qalan və kömək istəyən qadınların sayı iki dəfə artıb".

O, hökumətləri bu müddətdə qadınlara qarşı zorakılığın qarşısını almağa çağırıb.

Baş katib şiddətə məruz qalan qadınların yerləşə biləcəyi sığınacaqları açıq saxlamağa, həmçinin zorakılıq edənlərə qarşı hüquqi prosedurlara başlamağa səsləyib.

Məlumatda həmçinin, Hindistan, Cənubi Afrika və Avstraliyada ailədaxili münaqişələrin və şiddət hallarının artdığı vurğulanıb.

Qeyd edək ki, özünütəcrid rejimində evdə qalmağın münaqişələrə səbəb olacağı barədə sosial şəbəkələrdə ilk gündən zarafatlar edilir, karikaturalar paylaşılırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR