Şəkili müəllimdən örnək addım

Şəkili müəllimdən örnək addım
22:05 6 Aprel 2020
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəki şəhər 21 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Könül Zeynalova evdə qoruyucu maska hazırlayaraq ehtiyacı olan insanlara yardım edir, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə fəal vətəndaş mövqeyi göstərir.

Milli.Az xəbər verir ki, Şəki Şəhər Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Könül müəllim gündə 25-30 maska tikir. Bu işə başladığı gündən indiyədək 150-dən çox maska tikərək şəhər sakinlərinə, ehtiyacı olan insanlara paylayıb. Könül Zeynalova deyir ki, material sarıdan dəstək göstərilərsə, gündəlik tikdiyi maskaların sayını artıra bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/839526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR