“Huawei” şirkəti “Google” servislərindən istifadə üsulunu açıqlayıb

“Huawei” şirkəti “Google” servislərindən istifadə üsulunu açıqlayıb
07:12 7 Aprel 2020
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Huawei" şirkəti ABŞ sanksiyaları şəraitində öz smartfonlarında "Google" servislərindən istifadə üsulunu açıqlayıb. Bu barədə "CNBC" telekanalına müsahibədə şirkətin top-meneceri Erik Syu məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, şirkət "Google" servislərinin "iPhone" və "iPad" qurğuları üçün analoji "App Store" platformasında olduğu kimi, "AppGallery" onlayn mağazasında yerləşdirilməsini istəyir. Şirkət nümayəndəsi qeyd edib ki, "Huawei" ABŞ şirkəti ilə işgüzar münasibətlər saxlamaq niyyətindədir və müştəriləri üçün çoxsaylı mobil əlavələrdə maraqlıdır.

R.Syunun fikirlərini təsdiq edən "CNBC vurğulayıb ki, "YouTube", "Gmail" və digər "Google" servisləri "iOS" və "iPadOS" əməliyyat sistemləri üçün rəsmən istifadə olunduğu halda qurğular "Apple" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Jurnalistlər qeyd edib ki, belə boşluq Çin korporasiyasına tətbiq edilən ABŞ sanksiyalarını və ABŞ şirkətləri ilə əməkdaşlığa qoyulan qadağanı poza bilər. Məsələyə münasibətin bildirilməsi üçün "Google" şirkətinə müraciət edən telekanal operativ cavab ala bilməyib.

Bir müddət əvvəl "Wired" jurnalına müsahibədə Çin şirkətinin top-meneceri Riçar Yu qeyd edib ki, sanksiyalara baxmayaraq "Huawei" ABŞ şirkətləri ilə işgüzar münasibətlərin bərpasına ümid edir. Onun sözlərinə görə, əvvəllər smartfon istehsalçısı tərəfdaşına böyük xeyir verdiyinə görə "Huawei" və "Google" arasında əməkdaşlıq çox faydalı olub.

Qeyd edək ki, "Huawei" şirkəti 2019-cu ilin mayından ABŞ sanksiyaları altındadır. Bunun nəticəsində şirkət öz smartfonlarında "Google" servislərindən istifadə üçün lisenziyadan məhrum olsa da, qurğularını quraşdırılmış "Android" əməliyyat sistemi ilə satmaq hüququna malikdir. Ekspertlərin sözlərinə görə, Çində "Google" servislərinə tələbat yoxdur, lakin qlobal bazarda onların olmaması "Huawei" smartfonlarının satışına mənfi təsir göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR