Ərdoğan tanınmış xəbər aparıcısını məhkəməyə verdi

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Fatih Portakalı məhkəməyə verib.

Metbuat.az xəbər verir ki, ''Fox tv'' kanalının xəbər spikeri Fatih Portakal sosial media hesablarında xalqı təşvişə salan yalan məlumatlar paylaşdığı üçün Ərdoğan tərəfindən məhkəməyə verilib.


Fatih Portakal ''twitter'' hesabında "Millətin birliyini xatırladıb, çətin günlər keçiririk deyib, əmanəti olanlardan pul istəyirlər. Bir də koronavirus bitəndən sonra ödəyəcəyik deyirlər! Deyə bilmərəm ki, ehtiyac olmayacaq!" deyə fikirlərini paylaşıb.Bu paylaşmanın ardından onu Ərdoğan məhkəməyə verib.

Məsələ ilə bağlı Ərdoğanın vəkili Əhməd Özəl, etdiyi yazılı açıqlamada bildirir ki, prezident Ərdoğanın Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada, milli həmrəyliyin əhəmiyyətini vurğulayaraq, belə ağır gündə imkanı çatanların virusla mübarizə üçün yardım etmələri istəyib. Amma onun bu fikirləri yalnış yerə yozulub.

" Prezidentimizin dövlət başçısı kimi milli həmrəyliyin vacibliyini vurğulaması nitq tamamilə aydındır. Hər hansı bir vətəndaşdan zorla pul almaq məsələsi tamamilə yoxdur. Bu xalqımızın xeyri üçün Prezidentimizin könüllü olaraq başladığı yardım kampaniyasındadır. Bu həmrəyliyə kölgə salmaq üçün bu şəkildə uydurulan iddialar səsləndirmək və xalqımız narahat edir. Bu zehniyyətin yeganə məqsədi xaos və qarışıqlıq yaratmaqdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR