Koronavirusda SON DURUM: ABŞ fəlakətə sürüklənir, Avropa ölkələri uçurum kənarındadır

Koronavirusda SON DURUM: ABŞ fəlakətə sürüklənir, Avropa ölkələri uçurum kənarındadır
11:08 7 Aprel 2020
208 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya miqyasında koronavirusa yoluxma sayı 1 milyon 347 min 844 olub.

Publika.az xəbər verir ki, onlardan 74 min 792 nəfəri dünyasını dəyişib.

286 min 469-u isə sağalıb.

Hazırda müalicəsi davam edən 986 min 584 nəfər var. Onlardan 939 min 185-nin vəziyyəti stabil, 47 min 399 nəfərinki isə ağır dəyərləndirilir.

Sutka ərzində ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. 646 nəfərin aşkarlanması ilə yoluxma sayı 367 min 650-yə çatıb. 72 nəfər son gündə ölüb və ölüm sayı 10 min 943 olub. 19 min 810 nəfər sağalıb.

Ölüm sayına görə ölkələr arasında birinci yerdə İtaliya dayanır. Burada 16 min 523 nəfər infeksiyadan dünyasını dəyişib. Yoluxan 132 min 547 nəfərdən 22 min 837-si sağalıb.

ABŞ, İspaniya, İtaliya, Almaniya yoluxma sayı 100 mini keçmiş ölkələrdir.

Son sutka ərzində dünyada 1 840 yeni yoluxma, 138 ölüm faktı qeydə alınıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/309984.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR