"Səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" - 42 yaşlı qadından ağılasığmaz əməl

"Səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" - 42 yaşlı qadından ağılasığmaz əməl
12:42 7 Aprel 2020
260 Dünya
Ölkə mətbuatı
A- A+

42 yaşlı qadın ağılasığmaz əməl törədib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, İstanbulda yaşayan 42 yaşlı Seval D. adlı qadın 17 yaşlı oğlanı soyub, sonra da onunla zorla cinsi əlaqədə olub.

Onlayn tanışlıq saytlarının birində özünü gənc kimi təqdim edən Seval D. 17 yaşlı M.D-nı evinə dəvət edib.

Oğlan evə girəndə yaşlı qadın görüb, qayıtmaq istəyib. Bu zaman 42 yaşlı Seval bıçaqla oğlanı hədələyib, cibindəki pulları alıb və onu cinsi əlaqəyə məcbur edib.

Qadın daha sonra "səninlə cinsi əlaqədə olub, koronavirus yoluxdurdum" deyib.

Oğlan evdən qaçdıqdan sonra başına gələnləri anasına danışıb. Məsələ ilə bağlı polisə müraciət edilib.

Qadının 52 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

Məsələ ilə bağlı araşdırma aparılır.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR