“Toyota” maska istehsalına başlayacaq

“Toyota” maska istehsalına başlayacaq
12:52 7 Aprel 2020
192 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın "Toyota Motor" avtomobil şirkəti koronavirus epidemiyası ilə əlaqədar qoruyucu maska istehsalına başlayacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin istehsalı olan maskalar şəffaf plastik örtüklə təmin olunacaq ki, bu da təkcə şəxsin ağız boşluğunu deyil, bütün üzünü qoruyacaq.

Şirkət bəzi maska partiyalarını qıtlıqla üzləşən tibb müəssisələrinə də yollayacaq.

Qeyd edək ki, bu günədək Yaponiyada 3 906 nəfər koronavirusa yoluxub, 92 nəfər həyatını itirib.

Bütün dünyada ölənlərin sayı isə 75 min nəfərə yaxındır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR