Vərəm əleyhinə peyvəndin koronavirusa TƏSİRİ TAPILDI

Vərəm əleyhinə peyvəndin koronavirusa TƏSİRİ TAPILDI
12:53 7 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Texas Universitetinin (ABŞ) epidemioloqlar qrupu məşhur peyvəndin koronavirus infeksiyası üzərində təsirini tapıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "The IrishTimes" məlumat yayıb. Alimlər koronavirusun yayılma və ölüm göstəriciləri ilə 178 ölkədə vərəm əleyhinə peyvənd proqramının istifadəsini müqayisə edib. Məlum olub ki, vərəm əleyhinə peyvənd vurulan ölkələrdə 15 gün ərzində COVID-19 halı milyon nəfərə 38, peyvənd vurulmayan ölkələrdə isə 358 nəfər olub.

3 apreldə HİV infeksiyasının diaqnozu və müalicəsi üzrə baş mütəxəssis Aleksey Mazus koronavirusla mübarizədə vərəm əleyhinə peyvəndin effektivliyini qiymətləndirib. O, Rusiyada SARS-CoV-2-nin yayılmasının Avropa ölkələrinə nisbətən daha aşağı ola biləcəyini bildirib, çünki əhali vərəmə qarşı BCG peyvəndi ("Bacillum Calmette Guerin") etdirib.

Cons Hopkins Universitetinin layihəsindən alınan son məlumatlara görə, dünyada 1 milyon 346 mindən çox insan koronavirusa yoluxub. Bunlardan 74 minə yaxını ölüb, 276 min nəfəri sağalıb.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/309976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR