Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTO

Tibb bacıları koronavirusa görə soyunub, etiraz etdilər - FOTO
13:27 7 Aprel 2020
288 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada tibb bacıları soyunaraq hökumətə etirazlarını bildiriblər.

Milli.Az haberler-ə istinadla bildirir ki, Fransada onlarla tibb bacısı çılpaq soyunaraq qoruyucu vasitələrin azlığına etiraz ediblər.

#apoilcontrelecovid (COVID qarşısında çılpaq) həştəqi ilə edilən etiraz aksiyası ilə onlar virus qarşısında müdafiəsiz qaldıqlarını bildiriblər.

"Biz xəstələri müalicə etmək və özümüzü xəstəlikdən qorumaq üçün qoruyucu geyimlərə ehtiyacımız var, amma bizim ölkədə bunlar azdır", - Melina Dufraigne-Laflechelle açıqlamasında söyləyib.

Qeyd edək ki, Fransada 98 min insan koronavirusa yoluxub, 9 minə yaxın insan bu virusun qurbanına çevrilib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839707.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR