İran koronavirusu nəzarət altına ala bilmir

“İranda COVID-19-u may ayının sonunadək nəzarət altına alacağıq”.

Metbuat.az xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Nəməki parlamentdə deputatlara müraciətində bildirib.

“Hazırda koronavirusu nəzarət altına ala bilməmişik. Ancaq xəstəliyin üzərimizə gəlməsini də gözləmirik. İnfeksiya prosesinin uzanması iqtisadiyyata ziyan vurur. Odur ki, səhiyyə ilə bağlı qərarların iqtisadiyyatı çökdürməyəcək qərarlar olmasına çalışırıq”, - o vurğulayıb.

Məlumat üçün bildirək ki, İranda koronavirus infeksiyasına yoluxanların sayı 60500, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 3739 nəfərə çatıb.

Bu barədə koronavirusla bağlı gündəlik mətbuat konfransı keçirən İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, ötən 24 saat ərzində ölkə ərazisində 2274 yeni yoluxma və 136 ölüb

Mənbə: Mehr Agentliyi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR