Karantin şəraitinə əsəbləşib, hamilə qadını güllələdi -

Rusiyada qan donduran hadisə baş verib. Koronavirus karantinasında uzun müddətdir qalmalı olan qadının həyat yoldaşı sakitçiliyə əməl etmədiyi üçün əsəbləşərək beş nəfəri tüfənglə öldürüb.

Metbuat.az xəbər verir ki, dəhşətli hadisə Rusiyanın Ryazan bölgəsindəki Yelatma kəndinə baş verib. Bir müddətdir koronavirus səbəbindən karantinada olan və yeni doğulan körpəsinə baxmağa məhsuliyyətli Anton Francikovu qonşuları əsəbləşdirib. O, onlara səssizliyə riayət etmək üçün xəbərdarlıq etsə də gənc ailə olan qonşuları buna əhəmiyyət verməyib. Xəbərdarlığına fikir verilmədiyini görən Anton tüfəngi götürərək beş nəfərlik ailəni güllə yağışına tutub.

Polis əməkdaşlarının qısa bir zamanda apardığı əməliyyat nəticəsində tutulan Antonun qurbanlarından birinin hamilə olduğu müəyyən edilib.

Polisə etiraf edən zaman Anton ilk üç nəfərin ölümündən sonrasını xatırlamadığını bildirib.

Mənbə:Cnntürk.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR