Antibiotiklər koronavirusu müalicə edirmi? -

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil: "Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. "COVID-19" virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.

Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR