Veteranlar 9 May tədbirinə dəvət almayacaq

Qələbənin 75 illiyi ilə bağlı Moskvada hər hansısa bir tədbirin keçiriləcəyi barədə qərar qəbul edilməyib.

Metbuat.az Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov onu da bildirib ki, Qələbənin 75 illiyi ilə bağlı 9 may tədbirləri keçiriləcəyi təqdirdə belə, ora müharibə veteranları dəvət edilməyəcəkdi. Söhbət indiki situasiyada onların yaş qrupu riskindən gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR