Rusiya və ABŞ arasında BÖYÜK GƏRGİNLİK

Rusiya və ABŞ arasında BÖYÜK GƏRGİNLİK
18:18 7 Aprel 2020
243 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Trampın kosmosdakı su və mədən qaynaqlarının özəl şirkətlər tərəfindən istifadəsinə icazə verilməsini ehtiva edən fərman imzalaması Rusiyada sərt qarşılanıb.

Publika.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bu qərarın hüquqi baxımdan analiz edilməsinin vacibliyini dilə gətirib.

“Kosmosun özəlləşdirilməsi istiqamətində ortaya atılan hər bir təşəbbüs qəbuledilməzdir”, - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, kosmik qaynaqlardan istifadəyə icazə verən fərman kosmosdakı su və mədən qaynaqlarının özəl şirkətlər, eləcə də fiziki şəxslər tərəfindən istifadəsini ehtiva edir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/310039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR