Akif Çovdarov karantinə alındı

Akif Çovdarov karantinə alındı
18:22 7 Aprel 2020
179 Ölkə
Ölkə mətbuatı
A- A+

Əfv olunan MTN generalları koronavirus riskinə görə karantinə alınıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar 9 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin avtomobili ilə çıxarılaraq karantinə aparılıb.

Hər iki general səhhətinə görə əfvin icrası ilə bağlı tədbirdə iştirak etməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin dünən imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) generalları Akif Çovdarov və Sübahir Qurbanovun da adı var idi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/839946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR