Yardım almaq üçün böyük ajiotaj var - Sahil Babayev

Yardım almaq üçün böyük ajiotaj var - Sahil Babayev
18:33 7 Aprel 2020
167 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaşlarımız təmkinli olsunlar, hər hansı təxribata uymasınlar, hazırda böyük ajiotaj müşahidə olunur. Hər kəsin yardım almaq üçün müraciət hüququ var. Bütün müraciətlər araşdırılacaq. Adətən bu kimi mexanizmlər başlayanda ilk 3 gün ərzində ciddi ajiotaj olur, minlərlə müraciət gəlir, sonra isə müraciətlərin sayı aşağı düşür.

Teleqraf.com xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

"Tənha ahıllarımıza xidmət göstəriləcəyini elan edəndə ilk gün Çağrı mərkəzinə 15 min zəng gəlmişdi. Zəng edənlərin 80 faizi tənha deyildi. Çoxu "oğlumu çağırmaq istəmirəm, mənim üçün taksi göndərin" tipli müraciətlər idi. İzah edə-edə məsələni tam başa saldıq. İndi gün ərzində 200 zəng bu istiqamət üzrə olur, çünki artıq hər kəs başa düşdü ki, hansı dəstək mexanizmi veriləcək və nə işlər görüləcək.

İnanıram ki, bu dəstək mexanizmi ilə bağlı da ilk 2-3 gün kifayət qədər ciddi müraciət ediləcək, sonra tədricən məsələ hamıya tam aydın olacaq. Vətəndaşlarımızı təmkinli olmağa çağırıram", - deyə nazir bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/310054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR