İsmayıllıda naməlum kişi meyiti tapılıb

İsmayıllıda naməlum kişi meyiti tapılıb
18:52 7 Aprel 2020
148 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 28-də İsmayıllı rayonunun Tubukənd kəndi ərazisində tanınmaz halda olan naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, meyitin tapıldığı ərazidə ona aid olduğu ehtimal edilən içərisi qəhvəyi, çölü isə mavi rəngli parça gödəkçə, göy rəngli cins şalvar, qara rəngli köynək tapılıb. Yaşı təxminən 30-40 arası, qan qrupu 3+ dür.

Şəxsiyyəti istintaqa məlum olmayan, yuxarıda qeyd olunmuş əlamətlərə uyğun gələn şəxs barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 210-94-95 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/839841.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR