Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı

Əfv edilən məhkum: Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı
21:05 7 Aprel 2020
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Cənab Prezidentin əfv sərəncamı mənə və ailəmə əsl sevinc yaşatdı.

Milli.Az bildirir ki, bunu Trend-ə dələduzluqda təqsirləndirilərək həbs olunan Əkbərov Mövlud Bağdəsər oğlu deyib.

Cəzasının 1 il 6 ayını cəzaçəkmə müəssisəsində keçirən məhkum əfv olunduğu üçün sevinir:

"Cəzaçəkmə müəssisəsində məhkumlara çox yaxşı baxırlar. Bir il ərzində heç bir şikayətimiz olmayıb. Koronavirusa görə müayinədən keçirilmişəm. Hər şey yaxşıdır".

Kimya müəllimi olan Mövlud Əkbərov əfv olunduğu üçün Prezident İlham Əliyevə təşəkkür edib:

"Ölkə başçısına təşəkkür edirəm. Bizi yenidən azadlığımıza qovuşdurdu".

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/839967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR