Tarixin ilk mobil telefonu

Tarixin ilk mobil telefonu
22:22 7 Aprel 2020
162 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tarixin ilk mobil telefonu o dövrün lider telefon istehsalçılarından Motorola-nın mühəndisi Martin Kuper tərəfindən 1973-cü ildə ərsəyə gətirilib. Təxminən 1 kiloqram ağırlığından dolayı cib telefonu qavramından xeyli uzaq olan cihazın istehsalı, şübhəsiz, inqilabi addım idi.

Milli.Az ted.az-a istinadən bildirir ki, o dövrdə maya dəyəri 3500 dollar Motorola DynaTAC təxminən 35 dəqiqə danışıq müddəti vəd edirdi. Hazırkı şərtlərlə çox da funksional sayılmayacaq bu telefon olduqca kobud görünüşünə rəğmən hələ də o vaxtın ən böyük texnoloji addımı hesab edilir.

Martin Kuper bir müsahibəsində Motorola DynaTAC üçün Dick Tracy adlı komiksdən ilham aldığını deyib.

O, başqa bir müsahibəsində cib telefonunun bu qədər populyar ola biləcəyini ağlına gətirmədiyini də bildirib.

Qeyd edək ki, ilk prototipdən sonra növbəti illərdə sektroun liderinə çevrilən Motorola yanlış qərarlardan dolayı öz mövqeyini qorumağı bacarmamışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR