#EVDƏQAL – ləzzətli yeməklər bişir – 5 TƏTBİQ

#EVDƏQAL – ləzzətli yeməklər bişir –  5 TƏTBİQ
23:22 7 Aprel 2020
180 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanı cənginə alan koronavirus epidemiyası ilə mübarizə aparmağın ən effektiv yolu insanlarla ünsiyyəti minimuma endirmək, yəni evdə qalmaqdır.

Gününün çox hissəsini restoranlarda, əyləncə mərkəzlərində, park və digər müxtəlif istirahət məkanlarında keçirənlər üçün evdə qalacağını düşünmək sıxıcı gələ bilər. Amma əslində işə tələsmədiyimiz və bütün çöl-bayır qayğılarından azad olduğumuz üçün əlimizə düşən bu bol asudə zaman hobbilərimizlə məşğul olmaq üçün əsl fürsətdir.

Yeməkdən zövq almaq bir çoxumuza xas keyfiyyətdir. Xüsusilə zəngin milli mətbəximizin təsiri bu zövqü daha da artırır. Qeyri-adi və ləzzətli yeməkləri hazırlamaq öz-özlüyündə bir hobbi ola bilər. O da məlumdur ki, artıq yemək bişirərkən kitablara deyil, müxtəlif rəqəmsal qaynaqlara üz tuturuq. 

Milli.Az ted.az-a istinadən yemək mövzusu ilə bağlı ən yaxşı tətbiqləri bu yazıda sizə təqdim edirik ki, bəlkə də, indiyə qədər gizli qalan aşpazlıq qabiliyyətinizi üzə çıxara biləsiniz:

1. Milli mətbəx demişkən, elə başlayaq ən ləziz milli yeməklərimizin reseptlərini təqdim edən Ləzzət-Milli yemək reseptləri tətbiqindən. İstifadəsi çox rahat olan bu tətbiqdə reseptlər müxtəlif kateqoriyalara bölünməklə təqdim olunur. Eyni zamanda, istədiyiniz yeməyin hazırlanma qaydasını axtarış çubuğuna yazaraq tapa bilərsiniz.

2. Yummly Recipes; Android, iOS və Windows Phone (pulsuz). Rəqəmli yemək kitabı olmaqdan əlavə resept axtarma motoru olan Yummly Recipes-i mətbəx növü, yemək vaxtı, allergiya kimi müxtəlif filtrlərlə axtarış etmək üçün istifadə edə bilərsiniz.

3. Kitchen Stories; Android və iOS (pulsuz). Ən asan yemək tətbiqlərindən biri olan Kitchen Stories video, mövzu və ölkə seçimləri ilə diqqət çəkir. Bundan başqa, yeni reseptlər mütəmadi olaraq əlavə olunur.

4. Great British Chefs Kids HD; iOS (pulsuz). Uşaqlar üçün əyləncəli fikirlər təqdim edən bu tətbiq həm övladınızla, həm də təkbaşına yemək hazırlamaq üçün çox uyğundur.

5. Tastemade; Android və iOS (pulsuz). Çoxkanallı Youtube şəbəkələrindən biridir və reseptlərə əlavə olaraq mətbəxdə köməyinizə çatacaq yaradıcı fikirlər təqdim edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839257.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR