Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA

Karantin müddətində smart-kart tipli sayğaclarda problem olarsa... - AÇIQLAMA
03:05 8 Aprel 2020
115 Ölkə
Ölkə mətbuatı
A- A+

"Karantin dövründə vətəndaşlar smart-kartların itirilməsi və zədələnməsi ilə bağlı həm yaşadıqları rayonun sukanal idarəsinə, həm də ASAN mərkəzlərinə müraciət edə bilərlər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı açıqlama verib. 

O qeyd edib ki, karantin müddətində bütün rayonların sukanal idarələrində, eləcə də 1 saylı ASAN Kommunal və 5 saylı ASAN xidmət mərkəzlərində vətəndaşlara xidmət göstərilir:

"Sukanal idarələrində saat 09:00-dan 18:00-a, ASAN mərkəzlərində isə saat 09:00-dan 12:00-a kimi xidmət göstərilir. Smart-kartın itirilməsi, zədələnməsi kimi həlli vacib xidmətlərlə bağlı abonentlərin problemləri qısa zamanda həll olunacaq. Eyni zamanda, smart-kart tipli sayğacların koda düşməsi problemi yaranarsa, abonentlər "Azərsu"nun "955" çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər.

İlkin olaraq, mərkəzdən köməklik göstəriləcək. Əgər servis işçisinin müdaxiləsinə ehtiyac yaranarsa, növbəli rejimdə fəaliyyət göstərən metroloqlarımız ünvanlara yaxınlaşaraq, abonentə yardım edəcəklər". 

Qeyd edək ki, vətəndaşlar "Azərsu" ASC-yə "WhatsApp", "Skype" üzərindən, eləcə də cəmiyyətin təqdim etdiyi 18 növ elektron xidmətlər vasitəsilə də müraciət edə bilərlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/839755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR